SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank

Beynəlxalq Dəniz Limanı

Bakı Limanı (ing. Port of Baku) və ya rəsmi adı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı (abr. BDTL) — müasir forması 1902-ci ildə təsis edilmiş və o vaxtdan Xəzər dənizi limanlarının ən böyüyü və ən əhəmiyyətlisi hesab olunur. 2015-ci il 18 mart tarixində Bakı Limanı yenidən qurulmuş və Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılmışdır.

25 fevral 2025-ci il tarixində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dəniz Limanı “Azərbaycan Dəmir Yolları” QSC-ə birləşdirilib. Bu qərar dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etmək məqsədi daşıyır.