SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Bakı Limanı maliyyə göstəricilərini gizlədir

Bakı Limanı maliyyə göstəricilərini gizlədir

  • 06 aprel 2026, 13:56
Bakı

“Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus "Bakı Beynəlxalq Dəniz Limanı" MMC maliyyə göstəricilərini gizlədir.

Yurd.Media xəbər verir ki, şirkət sonuncu dəfə 2023-cü ilin maliyyə hesabatını açıqlayıb, 2024-2025-ci illərin yekunları ilə bağlı isə hesabat verməyib.

Yalnız o məlumdur ki, ötən il "Bakı Beynəlxalq Dəniz Limanı"nın gəlirləri 59,2 milyon manat təşkil edib. Bu barədə isə Nazirlər Kabinetinin 2025-ci ildəki fəaliyyəti haqqında icmal hesabatda bildirilib. Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 10% çoxdur.

Prezident İlham Əliyevin ötən il fevralın 25-də imzaladığı sərəncama əsasən, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" "Azərbaycan Dəmir Yolları"nın tabeliyinə verilib. Bundan sonra şirkət "Bakı Beynəlxalq Dəniz Limanı" kimi fəaliyyət göstərməyə başlayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları