SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Qadağan olunmuş kitabları satan “Ofisait” mağazası CƏZALANDIRILDI

Qadağan olunmuş kitabları satan “Ofisait” mağazası CƏZALANDIRILDI

  • 05 may 2026, 09:39

“İnci Group of Companies” Qapalı Səhmdar Cəmiyyəti (QSC) məhkəmə qərarının tələblərini yerinə yetirmədiyinə görə cərimələnib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Ofisait”, "Oyal", "Assis" kimi ticarət şəbəklələrini özündə birləşdirən “İnci Group of Companies” barəsində Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Ramin Quliyev tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib.

Məhkəmənin materiallarında qeyd edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2025-ci il tarixli icra vərəqəsinə əsasən “İnci Group of Companies”, onun struktur bölməsi olan “İzə Nəşriyyat evi” və üçüncü şəxslər tərəfindən müəllifi olduqları müəyyən kitab və əsərlərin çapı, satışı, elektron yayımlanması, sosial şəbəkələrdə paylaşılması, habelə həmin müəlliflərin adlarının dəyişdirilməsi və ya başqa ad altında təqdim edilərək yayılması qadağan edilib. Qadağa şirkətə məxsus bütün satış nöqtələrində, satış şəbəkələrində və anbarlarda nəzarətə götürülməklə tətbiq olunmalı idi.

Lakin icra sənədi üzrə icraata başlanması barədə qərar qəbul edilib və müvafiq bildiriş borcluya göndərilsə də, tələb könüllü qaydada yerinə yetirilməyib. Bildirilir ki, görülmüş tədbirlərə və dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, “İnci Group of Companies” icra sənədinin icrasından və icra məmurunun qanuni tələblərindən yayınıb.

Aktlardan görünür ki, icra vərəqəsinin icrası çərçivəsində “Ofisait”, “28 Kitab evi” və digər kitab mağazalarında müəyyən şəxslərə məxsus kitab və nəşrlərin siyahısı tərtib edilərək satışının qadağan olunması nəzarətə götürülüb.

Lakin “İnci Group of Companies” QSC-yə aid mağazada həyata keçirilən icra tədbiri zamanı qadağan olunmuş kitabların satışının dayandırılması barədə yazılı xəbərdarlıq edilməsinə baxmayaraq həmin kitabların satışı davam etdirilib.

Nəticədə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə “İnci Group of Companies” QSC İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinib və 3000 manat məbləğində cərimə edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları