“PAŞA Holdinq” MMC-yə məxsus “Azerbaijan Fish Farm” MMC 2018-ci ildə özəlləşdirdiyi “S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodu” MMC-ni özünə birləşdirib.
Yurd.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verilib.
Elanda deyilir ki, zavod fəaliyyətinə xitam verilərək “Azerbaijan Fish Farm”a qoşulur və bununla əlaqədar 2-ci yenidən təşkil edilir.
Xatırladaq ki, ləğv olunan müəssisənin bazasında Yenikənd Nərə Damazlıq Təsərrüfatı yaradılıb. Müəssisə ildə 200 ton nərə cinsli ət və 10 tondan artıq qara kürü istehsal etməyi planlaşdırır.