SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Ötən il yaranan tikinti şirkəti bu il dövlət qurumlarından 40 milyon manatdan çox sifariş aldı

Ötən il yaranan tikinti şirkəti bu il dövlət qurumlarından 40 milyon manatdan çox sifariş aldı

  • 17 dekabr 2025, 18:27

"Gəncə Körpü Tikinti-2" ASC cari ildə dövlət qurumlarından 7-ci irihəcmli sifarişini alıb.

Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, tikinti maqnatı kimi tanınan Aqibət Məmmədova məxsus olduğu bildirilən "Gəncə Körpü Tikinti-2" ASC daha bir iri məbləğli tenderin qalibi seçilırık Quba Rayon İcra Hakimiyyətinin Quba şəhərində abadlıq işlərinin satın alınması ilə bağlı keçirilən tenderin qalibi elan edilib.

Abadlıq işlərinə görə şirkətə 1 940 min manat ödəniləcək.  

"Gəncə Körpü Tikinti-2" ASC bundan əvvəl Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Şəmkir Şəhər Nümayəndəliyinin, Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (MKTB), Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin və Quba Rayon İcra Hakimiyyətinin tenderlərində qalib seçilib.   

"Gəncə Körpü Tikinti-2” ASC-nin 2025-ci ildə qazandığı tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 41 315 449,86 manat təşkil edir.  

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vegri Xidmətinin reyestr məlumatlarına görə, "Gəncə Körpü Tikinti-2" ASC 16 oktyabr 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 104 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Nərimanov Rayonu, Əhməd bəy Ağaoğlu küçəsi, ev 10A-da yerləşir. Şirkətin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur. Məhərrəm Zeynalı ASC-nin İdarə Heyətinin sədri, Aqibət Məmmədov isə Direktorlar Şurasının sədridir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları