Mayın 28-də, saat 11:00-da “Nəsimi Bazarı” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
Yurd.Media xəbər verir ki, Səhmdar cəmiyyəti bununla bağlı rəsmi mətbuatda elan verib.
Elanda deyilir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 100 ünvanında olacaq.
Səhmdarlar Cəmiyyətin 2025-ci il üzrə illik hesabatını, mühasibat balansının və mənfəət-zərər hesabatını təsdiq edəcək, İdarə Heyətinin (İH) hesabatlarını dinləyəcək və qiymətləndirəcək, İH-nin yeni tərkibini seçəcək, auditor təyin edəcək və digər məsələləri nəzərdən keçirəcək.