SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Məşhur idmançının şirkəti olimpiya kompleksini təmir edəcək - 1,8 mln. manata

Məşhur idmançının şirkəti olimpiya kompleksini təmir edəcək - 1,8 mln. manata

  • 07 oktyabr 2025, 09:08

 Şağan Olimpiya İdman Kompleksinin isitmə-soyutma, havalandırma va nəm alma sistemlərini cari təmiri üzrə işlərin satın alınması ilə bağlı keçirilən tenderin qalibi seçilib.

Yurd.Media "Qaynarinfo"ya istinadən xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksi bununla bağlı "Klimatex" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq. 

Şrkət Təmir işlərinə görə şirkətə 1 798 240,1 manat ödəniləcək. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, "Klimatex" MMC 9 mart 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 220 010 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 27, M2, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi Mahmudov İlham Mahmud oğludur. 

"Klimatex" MMC-nin rəsmi internet səhifəsində qeyd edilib ki, şirkət 2004-cü ildən fəaliyyət göstərir. MMC-nin fəaliyyət sferasına gəlincə, şirkət Azərbaycanda müasir texnologiyaların tətbiqi ilə əsasən iqlim sahəsində layihələndirmə, quraşdırma və servis işlərini həyata keçirir.

"Klimatex" MMC-nin qanuni təmsilçisi və direktoru İlham Mahmudov tanınmış idmançıdır. O, 2010-cu ildən atıcılıq idmanının "sportinq" növü üzrə Azərbaycan milli komandasının üzvüdür. İki dəfə Azərbaycan çempionu olan İlham Mahmudov həmçinin "Qızıl Patron" yarışmasının qalibi, Bakıda keçirilən Beynəlxalq Grand-Prix yarışmasının və Küveytdə keçirilən Beynəlxalq Grand-Prix yarışmasının 2-ci yeri gümüş mükafatçısı olub. 

Bundan başaq, İlham Mahmudov Qəbələdə keçirilən Beynəlxalq Grand-Prix yarışmasında komanda hesabı ilə 3-cü yeri, "Ən yaxşı atıcı" və Şamaxı çempionatında 2-ci yeri tutub. 

Prime Leasing