Azərbaycanda yaşayış binaları tikən "Kristal Bakı" ASC 2025-ci ilin I yarısının yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət yarım il ərzində 16,7 milyon manat xalis zərər edib.
Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2 dəfə çoxdur.
2025-ci il iyulun əvvəlinə "Kristal Bakı"nın aktivləri 2024-cü il iyulun əvvəli ilə müqayisədə 15,1% çox – 769,8 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 818,9 milyon manat (16,8% çox), balans kapitalının çatışmazlığı isə 49,1 milyon manat (51,6% çox), o cümlədən nizamnamə kapitalı 1 milyon manat (dəyişməyib) olub.