“STS” şirkəti nizamnamə kapitalını 63 min ABŞ dolları və yaxud 75 % azaldaraq 84 min dollardan 21 min dollara endirib.
Yurd.Media xəbər verir ki, şirkət bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verib.
Elanda deyilir ki, kreditorlar tələblərini bir ay ərzində Bakı şəhəri, Xətai rayonu, 8 noyabr prospekti, 141 ünvanına bildirə bilərlər.
“STS” şirkəti 2004-cü ildə yaradılıb, tikinti sektorunda fəaliyyət göstərir, Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimova məxsusdur.