SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“Giləzi-Quşçuluq şirkəti” məhkəmə ilə AYNA-nın yazdığı 2 min manat cəriməni LƏĞV ELƏTDİRDİ

“Giləzi-Quşçuluq şirkəti” məhkəmə ilə AYNA-nın yazdığı 2 min manat cəriməni LƏĞV ELƏTDİRDİ

  • 13 yanvar 2026, 16:02

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfində “Giləzi-Quşçuluq şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) qarşı protokol yazılıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Giləzi-Quşçuluq şirkəti”nə məxsus yük daşıması yerinə yetirən “Ford Tranzit” markalı avtonəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılmaması, həmin nəqliyyat vasitəsi sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edilib.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə “Giləzi-Quşçuluq şirkəti” İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 2000 manat məbləğində cərimə edilib.

Qərardan narazı qalan şirkət apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilib, “Giləzi-Quşçuluq şirkəti”nin İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə təqsirli bilinməsinə dair Abşeron Rayon Məhkəməsinin qərarı ləğv edilib. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları