SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
“Gəncə Şərab-1” dövlət qurumlarına borclarını ödəmək istəyir

“Gəncə Şərab-1” dövlət qurumlarına borclarını ödəmək istəyir

  • 07 oktyabr 2026, 09:38

Noyabrın 6-da, saat 15:00-da “Gəncə Şərab-1” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Yurd.Media xəbər verir ki, şirkətin Direktorlar Şurası bununla bağlı rəsmi mətbuatda elan verib.

Elanda deyilir ki, yığıncaq Gəncə şəhəri, Z.Hacıyev küçəsi, 56 ünvanında olacaq.

Yığıncağın gündəliyinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Dövlət Sosial Müdafiə Fonduna borcların ödənilməsi məsələsinin müzakirə edilməsi daxildir.

Skat.az - Ev və Avtomobil elanları