“Sea Breeze" daxil olan şirkətlərin dövlətə böyük həcmdə vergi borcu yaranıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycanda fəaliyyət göstərən və əsasən tanınmış iş adamı Emin Ağalarova məxsus irimiqyaslı Sea Breeze Resort layihəsi üzrə fəaliyyət göstərən "Sea Breeze" MMC və "Sea Breeze CF" MMC-lərin ümumilikdə 80 min manata qədər borcu var.
Belə ki, 2017-ci ildən fəaliyyət göstərən "Sea Breeze" MMC-nin hazırda 36 min manat vergi borcu yığılıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin direktoru Roman Zotovdur.
"Sea Breeze CF" MMC isə daha böyük məbləğdə - 39,2 min manat borclanıb. Bu 10 manatlıq şirkətin isə rəhbəri Yusif Musayevdir.