SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Azercelli tərk edib aqrar-sənaye şirkətinə keçdi - FOTO

"Azercell"i tərk edib aqrar-sənaye şirkətinə keçdi - FOTO

  • 07 oktyabr 2026, 11:24

"Azercell Telekom"un Kommersiya departamentinin Alternativ satış kanalları bölməsinin müdiri Rüfət Qafarov vəzifəsindən ayrılıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, o, Azərbaycanın aqrar-sənaye sektorunda fəaliyyət göstərən "Agro Dairy Group" şirkətində Satış şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

R.Qafarov 2018-ci ildə "Azercell"də Məhsul və İKT Həlləri üzrə Baş Mütəxəssis vəzifəsində işə başlayıb və 2020-ci ilədək burada işləyib.

2020-2021-ci illərdə "Azeronline"da Biznesin İnkişafı Bölməsinin müdiri olub və eyni zamanda Kommersiya Direktoru vəzifəsini icra edib. 

2021-ci ildən isə yenidən "Azercell"də çalışmağa başlayıb.

Skat.az - Ev və Avtomobil elanları