“Bayraq İnşaat” MMC-nin dövlətə külli miqdarda vergi borcu var.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin hazırki vergi borcu 235 445 manat təşkil edir.
Qeyd edək ki, 2018-ci ildə dövlət qeydiyatına alınmış bu şirkətin 30 manat nizamnamə kapitalı var. Riskli vergi ödəyicisi kimi qeydiyyatda olan “Bayraq İnşaat”ın direktoru Şehmuz Kaçmazdır, hüquqi ünvanı Naxçıvan şəhəri, Məhəllə 56, ev 12 ünvandır.
Xatırladaq ki, “Bayraq İnşaat” Naxçıvandan olan külli miqdarda borcu olan yeganə inşaat şirkəti deyil. Eyni şəhərdə qeydiyyatdan keçən “Sərvət İnşaat” şirkətinin borcu 1,8 milyon manat, “Arkoz İnşaat Şirkəti”nin isə dövlətə borcu 300 min manata yaxındır.
Maraqlıdır ki, hər 3 şirkətin direktoru Türkiyə vətəndaşlarıdır.