SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
“Arkoz İnşaat Şirkəti”nin vergi borcu 300 min manata çatır

“Arkoz İnşaat Şirkəti”nin vergi borcu 300 min manata çatır

  • 09 iyun 2026, 11:09
Naxçıvan

“Arkoz İnşaat Şirkəti”nin dövlət qarşısında böyük məbləğdə vergi borcunun olduğu məlum olub.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Arkoz İnşaat Şirkəti”nin vergi borcu 295,4 min manata çatıb.

Qeyd edək ki, “Arkoz İnşaat Şirkəti” 2005-ci ildə yaradılıb. Şirkət 12,5 milyon manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Serkan Özerdir. Hüquqi ünvanı Naxçıvan şəhəri. N.Tusi ev5 ünvanıdır.

Xatırladaq ki, əvvəllər Naxçıvan Ali Məclisinin sabiq rəhbəri Vasif Talıbova məxsus olan “Gəmiqaya Holdinq”in adı dəyişdirilərək “Arkoz Holdinq” olub. İki il əvvəl isə “Arkoz İnşaat Şirkəti” MMC “Gəmiqaya İnşaat” MMC-nin tərkibindən ayrılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları