SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Bir şəxsə bir neçə telefonu kreditlə satan “Soliton” MƏHKƏMƏDƏ

Bir şəxsə bir neçə telefonu kreditlə satan “Soliton” MƏHKƏMƏDƏ

  • 05 may 2026, 12:27
Siyəzən

Məişət texnikası və elektronika satışı ilə məşğul olan “Soliton LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti müştərisinə qarşı Siyəzən Rayon Məhkəməsində iddia qaldırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Soliton LTD” şirkəti cavabdehə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edib, ondan bankın xeyrinə 4716 manat əsas borcun və 68 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.

Şirkət bildirir ki, müştərisi 3594 manata kompüter və 630 manata “Samsung Galaxy M14” telefonu, həmçinin ümumi qiyməti 3430 manat olan “Samsung Galaxy S24 ultra” telefonu və “Samsung Watch” və 456 manata “Samsung Galaxy A15” telefon alıb.

Borcunu ödəməyən müştərinin ümumilikdə 4716 manat borcu yaranıb.

Məhkəmə iddia tələbini təmin edib.

Qeyd edək ki, bundan əvvəl “Soliton LTD” müştərilərinə qarşı Bakının SabunçuNizami rayon məhkəmələrində, həmçinin Şirvan Şəhər Məhkəməsində də iddialar qaldırmışdı.

Xatırladaq ki, Soliton mağazalar şəbəkəsi 1992-ci ildən etibarən Azərbaycanın məişət texnikası və elektronika bazarında fəaliyyət göstərir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları