SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
“Soliton” Sabunçu rayonundan olan müştəriləri ilə MƏHKƏMƏDƏ

“Soliton” Sabunçu rayonundan olan müştəriləri ilə MƏHKƏMƏDƏ

  • 04 fevral 2026, 09:46
Bakı

Məişət texnikası və elektronika satışı ilə məşğul olan “Soliton LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti üç müştərisinə qarşı Sabunçu Rayon Məhkəməsində iddia qaldırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, iddia ərizəsində qeyd olunub ki, müştərilərindən biri 2023-cü ildə məişət avadanlığı götürüb, sonra 630 manat krediti ödəniş etməkdən yayınıb.

Daha bir iddia ərizəsində cavabdeh 2021-ci ildə şirkətlə bağladığı 782 manat borc müqaviləsini icra etməyib.

“Soliton"un iddiasına görə, növbəti məhkəməyə verdiyi müştərisi isə 2022-ci il borc müqaviləsinə əsasən 1104 manatı ödəməyib.

Şirkət hər üç müştəridən pulun tutulmasını tələb edib. Məhkəmə iddianı təmin edib.

Qeyd edək ki, son vaxtlar şirkət müştərilərini kütləvi qaydada məhkəməyə verir.

Skat.az - Ev və Avtomobil elanları