“Azerbaijan Fish Farm” MMC yenidən təşkil olunduğunu elan edib.
Yurd.Media xəbər verir ki, şirkət bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verib.
Elanda deyilir ki, buna səbəb “S.Q.Kərimov adına Kür-Təcrübi Nərə Balıqartırma Zavodu” MMC-nin fəaliyyətinə xitam verərək ona qoşulmasıdır.
“Azerbaijan Fish Farm” 2017-ci ildə yaradılıb. Nizamnamə kapitalı 88 630 000 manat olan şirkət “PAŞA Holdinq” MMC-yə məxsusdur.