SÜJET
2020-ci ilin iyul ayından Azərbaycanda yeni kredit ittifaqı dövlət qeydiyyatına alınmayıb.
Yurd.Media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının sonuncu dəfə (2021-ci ildə) lisenziya verdiyi “Total Finans Kredit İttifaqı” düz 5 il bundan əvvəl Bakıda qeydiyyatdan keçib.
Baxmayaraq ki, bu növ kredit təşkilatları üçün nizamnamə kapitalı tələbi cəmi 4 min manatdır.
Hazırda ölkədə 36 kredit ittifaqı lisenziyaya malikdir. Onların isə bir çoxu aktiv fəaliyyət göstərmir.
Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır.