SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Məmməd Musayevin oğlunun “Turan Bank”dakı payı məlum olub

Məmməd Musayevin oğlunun “Turan Bank”dakı payı məlum olub

  • 07 avqust 2025, 17:16

“Turan Bank” ASC bu il iyulun 1-nə səhmdar strukturunu elan edib.

Yurd.Media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirilmiş hesabata əsasən, bankın səhmdarları arasında Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin oğlu Azad Musayev də var.

O, “Turan Bank”ın səhmlərinin 9,9 %-nə nəzarət edir.

Bankın səhmdarları arasında həmçinin hər biri 9,9 % payla “Sənaye Tikinti Təmir” ASC və “Fidan” firması, 9,7 % payla “Turac-AF” firması, 8,6 % payla “Mirvari” MMC, eləcə də fiziki şəxslər Musayev Rəhman Misgər oğlu (9,4%) və Kazımov Kazım Məhərrəm oğlu (8,7%) yer alıb.

“Turan Bank” 1992-ci ildən fəaliyyət göstərir, cəmiyyətdə Məmməd Musayevin bankı kimi tanınır. O, bu ilin aprel ayına qədər dövlətə məxsus “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının İdarə Heyətinə də sədrlik edib.

Prime Leasing