SÜJET
“KredAqro” MMC bank olmayan kredit təşkilatı (BOKT) bu ilin I yarısının yekunları ilə bağlı idarəetmə hesabatını açıqlayıb.
Yurd.Media xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirilmiş sənədə əsasən, BOKT-un Müşahidə Şurasının üzvü Məcid Əsədov quruma 157 819 manat borcludur.
O, borcu 5 il bundan əvvəl - 2020-ci il iyulun 15-də “KredAqro”nun sədri olarkən götürüb.
M.Əsədova istehlak krediti kimi 300 000 manat ayrılıb. Söhbət aidiyyəti şəxslə bağlanılan əqddən gedir.