SÜJET
“Azər-Türk Bank” ASC-nin səhmlərinin 51%-nə nəzarəti ələ keçirmiş Dövlət Neft Şirkəti (SOCAR) bunun üçün bankın 79 milyon manatlıq nizamnamə kapitalının 40,3 milyon manatını təmin etməli olub.
Yurd.Media xəbər verir ki, bu, SOCAR-ın maliyyə sektorunda ilk investisiyası deyil. Şirkət bundan əvvəl “Atəşgah Sığorta” ASC-nin səhmlərində 10% pay əldə edib. Sığortaçının nizamnamə kapitalının 5 milyon manat olduğu nəzərə alınarsa, SOCAR-ın şirkətdəki investiyası 0,5 milyon manat təşkil edib.
Beləliklə, SOCAR maliyyə sektoruna 40,8 milyon manat investisiya qoyub.