SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
“Rabitəbank”ın xilaskarı bankda mövqeyini gücləndirib

“Rabitəbank”ın xilaskarı bankda mövqeyini gücləndirib

  • 07 avqust 2025, 11:44

“Rabitəbank” ASC-də 20,1% paya malik olan Validə Abbasova bu göstəricini 34,6%-ə çatdırıb.

Yurd.Media xəbər verir ki, bu barədə Bankın auditdən keçmiş illik maliyyə hesabatında bildirilir.

Azərbaycan Mərkəzi Bankının (AMB) Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirilən hesabata əsasən, V.Abbasova payını artırmaq üçün digər səhmdar Seyran Nuriyevin payını alıb. O, Bankın Müşahidə Şurasının sədri Zakir Nuriyevin qardaşıdır.

Səhmlərin qalan hissəsinin sahibləri yenə də Rauf Əliyev (40,6%), Z.Nuriyev (14,4%), Dilarə Nuriyeva (9,1%), Aslan Xasiyev (1,1%) və 12 hüquqi şəxsdir (0,1%).

V.Abbasova və R.Əliyev “Rabitəbank”ın səhmdarları sırasına Azərbaycan manatının 2015-ci ildəki ikili devalvasiyasından sonra qoşulublar. Həmin vaxt məcmu kapitalı kəskin azalmış və artıq AMB-nin 50 milyon manatlıq kapital tələbinə cavab verməyən bankı xalis etmək üçün üçün əlavə vəsaitə ehtiyac var idi. Məhz adları çəkilən şəxslərin hesabına kredit təşkilatının nizamnamə kapitalı təxminən 2 dəfə artırılmış və belə demək mümkünsə bank bağlanmaqdan xilas edilmişdi.

Bununla belə, yeni səhmdarlar bankda üstün mövqeyə malik olsalar da, onun rəhbərliyini dəyişməyə ehtiyac görməyiblər və idarəetmə yenə də Nuriyevlərin əlində saxlanılıb.

Prime Leasing