“Saloğlu Qarabağ” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
Yurd.Media xəbər verir ki, Ağdam Sənaye Parkının yeni rezidenti tərəfindən mebel istehsalı layihəsi həyata keçiriləcək.
Yeni rezident tərəfindən Sənaye Parkının ərazisində müxtəlif təyinatlı mebellərin, yumşaq panel və metal aksesuarların istehsalı nəzərdə tutulur.
İnvestisiya dəyəri 6 milyon manat olacaq müəssisədə istehsal ediləcək məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da həyata keçiriləcək.
Bununla da Parkın rezidentlərinin sayı 31-ə çatıb.