SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
“Azercell”dən kəskin qiymət artımı - FOTO

“Azercell”dən kəskin qiymət artımı - FOTO

  • 17 oktyabr 2025, 09:29

“Azercell” bəzi tariflər üzrə kəskin qiymət artımı olduğunu elan edib.

Yurd.Media xəbər verir ki, qərara əsasən, noyabrın 16-dan etibarən tərbiq ediləcək artım “Azercellim”, “Bölgə”, “GəncSim”, “Hər Yerə” və “Bizimkilər” tariflərini əhatə edəcək.

Belə ki, yeni qərarla indiyədək qeyd olunan “Hər Yerə” tarif paketi üzrə qiymət 3 manatdan, digər tarif paketləri üzrə qiymətlər isə 2 manatdan 3,89 manata çatdırılıb. 

Eyni zamanda, tarif paketlərində mövcud olan 25 şəbəkədaxili danışıq dəqiqəsi 40 dəqiqə bütün istiqamətlərə (ölkədaxili) danışıq imkanı ilə əvəzlənib. 

Bununla yanaşı, mobil internet paketinin həcmi mövcud 250 MB-dan 450 MB-a qədər artırılıb. 

Prime Leasing