SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Mənzil Tikinti Kooperativi CƏRİMƏLƏNDİ

Mənzil Tikinti Kooperativi CƏRİMƏLƏNDİ

  • 28 iyul 2026, 14:15
Lənkəran

Lənkəranda tikini fəaliyyəti ilə məşğul olan “Çinar” Mənzil Tikinti Kooperativi cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən MTK-da yoxlama aparılıb. 

Yoxlama zamanı “Əmək və məşğulluq”la bağlı “Çinar” Mənzil Tikinti Kooperativində elektron sənəd formasına keçirilməyən əmək müqavilələrinin olduğu müəyyən edilib.

MTK-nın barəsində İnzibati Xətalar Məcəlləsinin 539.1.1-ci maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə MTK 1000 manat məbləğində cərimə edilib. İnzibati cərimə İnzibati Xətalar Məcəlləsinin 116-cı maddəsinə əsasən şərti tətbiq edilib. 

Hüquqpozmanı aradan qaldırmaq üçün MTK-ya 1 ay müddət müəyyən olunub. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən hüquqpozma aradan qaldırılmasa, bu halda qərarda nəzərdə tutulan cərimənin ödənilməli olduğu vəzifəli şəxsə izah edilib. 

Qeyd edək ki, “Çinar” MTK 1990-cı ildən fəaliyyət göstərir. Direktoru Muradov Akim Arif oğludur. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları