SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Metro stansiyalarında obyekt işlətmək istəyənlərin DİQQƏTİNƏ - VİDEO

Metro stansiyalarında obyekt işlətmək istəyənlərin DİQQƏTİNƏ - VİDEO

  • 27 iyul 2026, 21:31

“Bakı Metropoliteni” QSC stansiyalarda obyekt işlətmək üçün elektron xidməti istifadəyə verib. 

Yurd.Media xəbər verir ki, Bakı metropolitenində biznes qurmaq üçün sahibkarlar commerce.metro.gov.az portalı vasitəsilə uyğun kommersiya obyektini seçib onlayn müraciət edərək həmin şəbəkədə yer tuta bilərlər.

Hazırda saytda obyektlər "Dərnəgül",  "Xətai", "Elmlər Akademiyası", "Xalqlar Dostluğu", "28 May", "Bakmil", "Qara Qarayev" və "İçərişəhər" stansiyalarında təklif olunur.

Maraqlıdır ki, uzun müddətdir müzakirə olunan və 2 ildir bağlı qalan "20 yanvar" stansiyasının keçidlərindəki ticarət obyektləri hərraca çıxarılmayıb. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları