Füzuli rayonunda qeydiyyatda olan kredit ittifaqı “Hikmət-Ziya Kredit İttifaqı” MMC-nin rəhbəri dəyişib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Abasov Elvin Cavid oğlu “Hikmət-Ziya Kİ”nın İdarə Heyətinin sədri təyin edilib.
E.Abasov bu vəzifədə 2023-cü ilin əvvəlindən çalışan Şakir Hüseynovu əvəzləyib.
“Hikmət-Ziya Kİ” 2007-ci ildə Füzuli rayonun Horadiz şəhərində dövlət qeydiyyatına alınıb. Kİ-nin nizamnamə kapitalı 110 min manatdır.