"Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət ötən il 2,1 milyon manat zərər edib.
Bu, əvvəlki illə müqayisədə 2,4 dəfə çoxdur.
Bu ilin əvvəlinə “Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası"nın aktivləri ötən ilin əvvəlinə nisbətən 2,65% az - 474,5 milyon manat təşkil edib. Şirkətin öhdəlikləri 297 milyon manat (3,95% az), balans kapitalı isə 177,5 milyon manat (0,4% az), o cümlədən nizamnamə kapitalı 90,3 milyon manat (dəyişməyib) olub.