Azərbaycanın kommersiya banklarından biri ölkədə istiqraz buraxmaq istəyən Qazaxıstanın "JET Group Ltd." mikromobillik şirkətinə təminat verməli olacaq.
Bu barədə Yurd.Media-ya “Bakı Fond Birjası” QSC-dən bildirilib.
Birja həmin şirkətlə Listinq Məsləhət Proqramı çərçivəsində əməkdaşlıq edir və onun yerli kapital bazarından vəsait cəlb etməsinə çalışır.
"JET Group Ltd." xarici hüquqi şəxs olduğundan, qüvvədə olan qanunvericiliyə əsasən ölkə ərazisində təmin edilmiş istiqraz buraxmalıdır.
İstiqraz emissiyasına isə yerli bank təminat verməlidir.
Yəni, "JET Group Ltd."nin istiqrazlarına investisiya qoyanların pulunun geri ödənişində problem yaransa, onun əvəzində investorların pulunu bank qaytarmalı olacaq.