SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
“Gəncə-Çörək” səhmdarlarına hesabat verəcək

“Gəncə-Çörək” səhmdarlarına hesabat verəcək

  • 20 iyul 2026, 11:48

Avqustun 31-də, saat 09:00-da “Gəncə-Çörək” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. 

Səhmdar cəmiyyəti bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verib. 

Elanda deyilir ki, yığıncaq Gəncə şəhəri, Şəmkir şosesi, 1 ünvanında olacaq. Səhmdarlar Cəmiyyətin illik maliyyə (audit) hesabatını təsdiqləyəcək, əsas vəsaitlərinin inventarlaşdırılmasını, qeyd edilən məsələlər ilə əlaqədar qanunvericilikdən irəli gələn məsələləri müzakirə edəcək. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları