SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Dövlətə 870 min manat borcu olan Ağstafa şirkəti auditdən yayındı

Dövlətə 870 min manat borcu olan Ağstafa şirkəti auditdən yayındı

  • 15 iyul 2026, 09:41
Ağstafa

“Furqan İnvestments” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə edilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət 2024-cü il üzrə maliyyə hesabatlarının auditinin 2025-ci ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınıb. 

Buna görə kommersiya təşkilatlarının törətdikləri inzibati xəta barədə Maliyyə Nazirliyi tərəfindən protokol tərtib edilib. 

MMC-yə qarşı İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə ittiham elan edilib. 

Ağstafa Rayon Məhkəməsinin qərarı ilə “Furqan İnvestments” 1500 manat miqdarında cərimə edilib.

Qeyd edək ki, Ağstafa şəhərində qeydiyyatdan keçmiş şirkətin hazırda dövlətə 869 min manat vergi borcu yığılıb. Nizamnamə kapitalı cəmi 22 manat təşkil edən MMC-nin rəhbəri Akif Səfərovdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları