Bakıda məşhur çiçək mağazasının vergi borcu yığılıb.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, “Ağ Çiçəyim” gül mağazaları şəbəkəsi dövlət qarşısında borca düşüb.
Məlumata görə, “Ağ Çiçəyim”in İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 212 805.97 manat vergi borcu yaranıb.
Qeyd edək ki, 30 manat nizamnamə kapitalına malik olan “Ağ Çiçəyim”in qanuni təmsilçisi Əliyev Əbdülağa Səyavuş oğludur. Mağazalar şəbəkəsinin təsisçisi Əliyev Ceyhun Əbdülağa oğludur.