Azərbaycanda tikinti materiallarının topdansatışı ilə məşğul olan "Konstromat" ASC 2025-ci ilin yekunları ilə bağlı maliyyə göstəricilərini açıqlayıb.
Yurd.Media xəbər verir ki, şirkət ötən il 3,6 milyon manat xalis mənfəət əldə edib. Bu, əvvəlki illə müqayisədə 18,6% azdır.
Bu ilin əvvəlinə "Konstromat"ın aktivləri ötən ilin əvvəlinə nisbətən 63,4% çox - 12,5 milyon manat təşkil edib.
Şirkətin öhdəlikləri 6 milyon manat (97,9% çox), balans kapitalı isə 6,5 milyon manat (40,7% çox), o cümlədən nizamnamə kapitalı 0,2 milyon manat (dəyişməyib) olub.
Qeyd edək ki, “Konstromat” ASC "Norm" sement zavodunun istehsal etdiyi, Klass A ( 400 marka) və Klass B (300 marka) kisə bağlamada olan sement məhsullarının distributor olduğu ölkənin şəhər və rayonlarında yerləşən pərakəndə ticarət mərkəzlərinə və tikinti şirkətlərinə satışını həyata keçirir. “Konstromat” ASC-nin 4000 manat nizamnamə kapitalı var və onun səhmlərinin 100 faizi Rasim Əkbərov Naib oğluna məxsusdur. Şirkətə 2022-ci ilin sonundan Tural Məlikov Yasin oğlu rəhbərlik edir.