SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
ABB-nin bankomatında problem: Müştərinin pulu içəridə qaldı

ABB-nin bankomatında problem: Müştərinin pulu içəridə qaldı

  • 26 avqust 2026, 19:33

Azərbaycan Beynəlxalq Bankının (ABB) bankomatında yaranan problem müştərinin narazılığına səbəb olub. 

Yurd.Media "NOCOMMENT.az"a istinadən xəbər verir ki, ABB-yə məxsus bankomatların iş prinsipi vətəndaşın narazılığına səbəb olub. Bankomatda pulu qalan müştəri bankı sərt şəkildə tənqid edib.

Sosial şəbəkələrdə yayılmış videoda vətəndaş bankomatdan pul çıxaran zaman texniki nasazlıq səbəbindən vəsaitin içəridə qaldığını bildirib.

Onun sözlərinə görə, bank işçiləri problemə operativ reaksiya vermək əvəzinə, yalnız 20 dəqiqə ərzində aparatın içərisinin yoxlanılacağını və bundan sonra pulu götürə biləcəyini deyiblər.

Narazı vətəndaş bildirib ki, əgər həmin müddətdə başqa bir şəxs həmin bankomata yaxınlaşıb pulu götürərsə, məsuliyyəti kim daşıyacaq:

"Əgər kimsə gəlib başqa adamın pulunu götürərsə, gərək hüquq-mühafizə orqanlarına müraciət edəsən. ABB belə işləyir, bunların texnikası belə işləyir", — deyə vətəndaş narazılığını ifadə edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları