SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
İsitmə avadanlıqları satan şirkət 84 min manat cərimələndi

İsitmə avadanlıqları satan şirkət 84 min manat cərimələndi

  • 25 avqust 2026, 08:52

“A.E.S.-TRADİNG” Məhdud Məsuliyyətli Cəmiyyət cərimə olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, isitmə və sanitariya avadanlıqları üzrə ixtisaslaşmış "A.E.S.-TRADİNG” MMC tərəfindən 212 min avro məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb. 

“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.

Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin 20 faizi miqdarında, yəni 42,4 min avro (təxminən 84 min manat) cərimə olunub.

Qeyd edək ki, “A.E.S.-Trading” MMC 2016-cı ildə yaradılıb, nizamnamə kapitalı 100 manat təşkil edir. Şirkətin direktoru Eynulla Cəbrayılovdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları