Azərbaycanda məşhur günəbaxan tumları şirkətində yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Ziya Məlikov Azərbaycan günəbaxan tumlarının satışı ilə məşğul olan "Patron" MMC-nin Marketinq şöbəsinin müdiri təyin olunub.
O, marketinq strategiyası, brendin inkişafı və biznesin böyüməsi istiqamətində fəaliyyətə rəhbərlik edir.
Z.Məlikov bu təyinata qədər 19 ilə yaxın müddətdə "Azersun Holding"də marketinq meneceri vəzifəsində çalışıb.
