SÜJET

TƏYİNATLAR Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Bank
Cəmi iki il işləyən şirkət həm qanunsuz pul köçürdü, həm vergi borcu yığıb bağlandı

Cəmi iki il işləyən şirkət həm qanunsuz pul köçürdü, həm vergi borcu yığıb bağlandı

  • 11 oktyabr 2026, 10:06

“Sirius Ru” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) valyuta qaydalarını pozmaqda ittiham olunub. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Sirius Ru” MMC tərəfindən 22,3 min ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb. 

Ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib, həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb. 

“Sirius Ru” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib. 

Nizami Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin 20 faizi miqdarında, yəni 4460 ABŞ dolları cərimə edilib.

Qeyd edək ki, “Sirius Ru” MMC cəmi 2 il əvvəl yaradılsa da artıq fəaliyyətini dayandırıb. Gündüz Təsəlliyevin rəhbərlik etdiyi şirkətin dövlətə 47,4 min manat vergi borcu var.

Skat.az - Ev və Avtomobil elanları