Azərbaycanda müxtəlif təyinatlı uniformaların və xüsusi geyimlərin istehsalı ilə məşğul olan "GiLTEX"də (Gilan Tekstil Parkı) yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Araz Məmmədov şirkətdə Risklərin idarəedilməsi şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib.
Araz Məmmədov bu təyinatadək təxminən 9 il “PAŞA Sığorta” ASC-də çalışıb. O, 2025-ci ilin iyul-dekabr aylarında şirkətin Risklərin İdarə Edilməsi departamentinin rəhbəri vəzifəsini icra edib. Eyni zamanda, 2025-ci ilin aprel-dekabr aylarında Maliyyə Risklərinin İdarə Edilməsi bölməsinin rəhbəri olub.
Bundan əvvəl, 2021-ci ilin iyunundan 2025-ci ilin martınadək Əməliyyat Risklərinin İdarə Edilməsi bölməsinin rəhbəri, 2020-ci ilin iyunundan 2021-ci ilin iyununadək baş risklərin idarə edilməsi mütəxəssisi, 2019-cu ilin avqustundan 2020-ci ilin iyununa qədər risklərin idarə edilməsi mütəxəssisi, 2017-ci ilin fevralından 2019-cu ilin avqustunadək isə kiçik risklərin idarə edilməsi mütəxəssisi vəzifələrində çalışıb.
O, əmək fəaliyyətinə 2014-cü ilin iyununda “Expressbank” ASC-də istehlak kreditləri üzrə mütəxəssis kimi başlayıb. Həmin ilin mart-iyun aylarında isə “AccessBank”da Müştəri Xidmətləri departamentində təcrübəçi olub.
Qeyd edək ki, "GİLTEX" 2012-ci ildən Gilan Tekstil Parkı müəssisəsinin ticarət nişanıdır.
Araz Məmmədov