Tahir Hüseynov 10 il fəaliyyət göstərmiş daha bir şirkətinin fəaliyyətini dondurdu.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, “Zəfər 2017” Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətlərini dayandırıb.
Şirkət 2016-cı ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manat idi.
Qeyd edək ki, Tahir Hüseynovun direktoru olduğu “İnkişaf 2017” MMC də bu günlərdə işini dondurub.
Həmin şirkət 2019-cu ildə Sumqayıt Şəhər Uşaq Xəstəxanasının yumşaq və bərk inventarların satın alınması üzrə iki tenderinin qalibi olub. Şirkətlə ümumi dəyəri 69 min manata yaxın olan iki müqavilə imzalanıb.
“Zəfər 2017” MMC isə 2020-ci ildə koronavirus pandemiyası dövründə işçilərinin əməkhaqqının bir hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi alıb.