SÜJET

TƏYİNATLAR MƏHKƏMƏ Bank Daşınmaz əmlak Böyük Qayıdış
Dövlət layihələrini icra edən “Nicatoğlu” şirkətinin borcu 10 dəfə artdı

Dövlət layihələrini icra edən “Nicatoğlu” şirkətinin borcu 10 dəfə artdı

  • 29 noyabr 2026, 09:39

Tikinti və təmir sahəsində fəaliyyət göstərən “Nicatoğlu” MMC-nin dövlətə vergi borcu kəskin artıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkətin vergi borcu 27,9 min manat təşkil edir. Bu, noyabr ayının əvvəli ilə müqayisədə təxminən 10 dəfə çoxdur.

2024-cü ildə dövlət qeydiyyatına alınan şirkətin nizamnamə kapitalı 10 manatdır, direktoru Nicad Məmmədovdur.

“Nicatoğlu” MMC tikinti, təmir, layihələndirmə, memarlıq və dizayn işləri ilə məşğuldur.

Şirkət həyata keçirdiyi layihələr sırasında Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinə məxsus qapalı avtodayanacağı, Qusarçay kənd orta məktəbini, Ağdam rayonunun Qərvənd kəndində inzibati binaları və Xocavənd rayonunun Tuğ kəndində əsaslı təmir işlərini göstərib.

Bundan başqa, “Tamstore” supermarketlər şəbəkəsinin baş ofisi, Bakıxanov, Binəqədi, 4-cü mikrorayon və Bərdə filialları, eləcə də “Azertexnolayn” MMC-nin istehsalat və inzibati binaları şirkətin saytında layihələr sırasında qeyd olunub.

Şirkətin təqdim etdiyi layihələr arasında Qəbələdə beşmərtəbəli yaşayış binası və Bakıda “Hill Side Residence” yaşayış kompleksi də yer alır.

Skat.az - Ev və Avtomobil elanları