Tikinti şirkəti “Riva İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, MMC tərəfindən 2024-cü il üzrə maliyyə hesabatlarının 2025-ci ildə məcburi auditinin aparılmadığı müəyyən edilib.
Maliyyə Nazirliyi tərəfindən “Riva İnşaat” MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə protokol tərtib edilib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə şirkət 1500 manat cərimə olunub.
Qeyd edək ki, "Riva İnşaat" 2008-ci ildən fəaliyyət göstərir. Direktoru Sadıq Sadıqovdur. Tikinti şirkəti Bakıda premium səviyyəli "Riva Residence" yaşayış kompleksinin inşaatçısıdır.