SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
“Akkordun su təchizatı ilə məşğul olan şirkətinin külli miqdarda borcu yığılıb

“Akkord"un su təchizatı ilə məşğul olan şirkətinin külli miqdarda borcu yığılıb

  • 24 avqust 2026, 19:07

“Akkord"un su təchizatı ilə məşğul olan şirkətinin böyük həcmdə borcu yığılıb.

Yurd.Media "Bakıvaxtı.az"a istinadən xəbər verir ki, “Akkord Hydrotechnical Construction Company” MMC-nin dövlət büdcəsinə vergi borcu 1 milyon manatdan çoxdur. Şirkətin vergi borcu 1 168 901 manat təşkil edir.

“Akkord Hydrotechnical Construction Company” MMC “Akkord” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərib. Şirkətin əsas fəaliyyət istiqamətlərinə su təchizatı və kanalizasiya sistemlərinin, içməli və tullantı sularının təmizlənməsi qurğularının, su anbarlarının və digər infrastruktur obyektlərinin tikintisi daxildir.

Qeyd edək ki, şirkətin əvvəlki dövrlərdə də dövlət büdcəsinə böyük məbləğdə vergi borcu olub. 2022-ci ildə yayılan məlumatda onun vergi borcunun 2,122 milyon manat olduğu bildirilmişdi.

İddialara görə, “Akkord Hydrotechnical Construction Company” MMC-nin Azərbaycanın sabiq Baş Prokuroru Zakir Qaralova məxsus olduğu bildirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları