"İrşad" mağazalar şəbəkəsinin təqdim etdiyi "faizsiz kredit" təklifi sosial şəbəkələrdə müştəri narazılığına səbəb olub.
Yurd.Media "NOCOMMENT.az"a istinadən xəbər verir ki, vətəndaş məhsula 500 manat endirim tətbiq edildiyi halda, kreditlə alış zamanı 460 manat komissiya tələb olunduğunu iddia edib. Şikayətçinin sözlərinə görə, kredit üzrə 15 faiz komissiyanın tətbiq edilməsi "faizsiz kredit" təklifinin mahiyyəti ilə bağlı ciddi suallar yaradır.
"500 AZN endirim edib, 460 manat komissiya tətbiq etməklə bunu faizsiz kredit adlandırmaq nə dərəcədə doğrudur? 15 faiz komissiya nəyin komissiyasıdır?" – deyə vətəndaş narazılığını bildirib.