“İcecold” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsi tərəfindən soyutma sistemləri sahəsində fəaliyyət göstərən şirkətdə yoxlama aparılıb.
Məlum olub ki, şirkət tərəfindən 2026-cı il iyun ayı üzrə işçilərin sayı, hərəkəti və əmək haqqı fondu haqqında hesabat iyul ayının 15-dək təqdim edilməli olduğu halda, təqdim edilməyib.
Bununla da “İcecold” barəsində İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə protokol tərtib edilib, Xətai Rayon Məhkəməsinin qərarı ilə şirkət 300 manat cərimə edilib.
Qeyd edək ki, “İcecold” MMC 2009-cu ildə təsis edilib, soyuducu anbarların quraşdırılması üzrə fəaliyyət göstərir. Şirkətinin təsisçisi İlham Bədəlov, direktoru isə Aytac Bədəlovadır.