SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Latviya şirkətinə qarşı 60 min manatlıq cəza tədbiri

Latviya şirkətinə qarşı 60 min manatlıq cəza tədbiri

  • 21 avqust 2026, 17:32

Azərbaycan Mərkəzi Bankı (AMB) Latviyanın "Sun Finance Cetral Asia AS" şirkətinin törəməsi - "SF Azerbaijan" MMC bank olmayan kredit təşkilatını (BOKT) 50 min manat, onun vəzifəli şəxsini isə 10 min manat cərimə edib. 

Bu barədə Yurd.Media-ya AMB-dən bildirilib. 

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzrə çıxıb. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.1.6-cı maddələrinə əsasən Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 60 min manat cəza tədbiri həyata keçirilib. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları