SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
İDK və “Prior Credit” BOKT-ların vəzifəli şəxsləri eyni səbəbdən cəzalandırıldı

İDK və “Prior Credit” BOKT-ların vəzifəli şəxsləri eyni səbəbdən cəzalandırıldı

  • 21 avqust 2026, 18:44

Azərbaycan Mərkəzi Bankı (AMB) İDK MMC və “Prior Credit” ASC bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxslərini eyni səbəbdən cəzalandırıb. 

Bu barədə Yurd.Media-ya AMB-dən bildirilib. 

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" qanunun 22.1-ci maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbi ilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, İDK-nın vəzifəli şəxsi 2 000 manat, "Prior Credit"in vəzifəli şəxsi isə 3 000 manat cərimə olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları