SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
ABB-nin fəaliyyətini Maliyyə Nazirliyi də “müşahidə edəcək”

ABB-nin fəaliyyətini Maliyyə Nazirliyi də “müşahidə edəcək”

  • 21 avqust 2026, 11:44

Maliyyə Nazirliyi yenidən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Müşahidə Şurasında (MŞ) təmsil olunacaq.

Yurd.Media xəbər verir ki, bu məsələ Bankın səhmdarlarının sentyabrın 30-da keçiriləcək növbədənkənar ümumi yığıncağının gündəliyinə salınıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində yerləşdirilmiş məlumata əsasən, yığıncaqda səsvermə ABB-nin Nizamnaməsinin 8.10-cu maddəsinə əsasən qiyabi şəkildə, Milli Depozit Mərkəzinin İnvestor Portalında (invp.e-mdm.gov.az) yaradılmış şəxsi kabinet vasitəsilə baş tutacaq.

Yığıncağın gündəliyinə həmçinin Bankın Nizamnaməsində və MŞ haqqında Əsasnaməsində dəyişiklik edilməsi daxildir.

Xatırladaq ki, vaxtilə MŞ-nın sədri maliyyə nazirinin müavini Azər Bayramov olub. O, hazırda iqtisadiyyat nazirinin müavinidir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları