Azərbaycan Mərkəzi Bankı (AMB) "CFİ Financial İnvestisiya Şirkəti" QSC-də tematik yoxlama aparıb.
Bu barədə Yurd.Media-ya AMB-dən bildirilib.
Məlumata görə, yoxlama zamanı maliyyə qurumunda "İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları"nın tələblərinə tam əməl edilmədiyi üzə çıxıb.
Odur ki, investisiya şirkətinin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə edilib.
Xatırladaq ki, "AzFinance Investment Şirkəti" 2024-cü ilin avqust "CFI Financial Group"a satıldıqdan sonra rebrendinqini elan edib və "CFI Financial İnvestisiya Şirkəti"nə çevrilib.
Hazırda şirkətin nizamnamə kapitalı 6 milyon manatdır, rəhbəri Pərvanə Qasımovadır.