SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
“Yelo Bank” bir ildə ikinci dəfə Mərkəzi Bankın hədəfinə tuş gəldi

“Yelo Bank” bir ildə ikinci dəfə Mərkəzi Bankın hədəfinə tuş gəldi

  • 20 avqust 2026, 09:37

“Yelo Bank” ASC-nin vəzifəli şəxsi Azərbaycan Mərkəzi Bankının (AMB) “Banklar və xarici bankların yerli filialları tərəfindən tərtib edilən prudensial hesabatların forması, məzmunu və təqdim edilməsi Qaydası”nın tələblərini yenidən pozduğu üçün cərimə ödəməli olacaq. 

Bu barədə Yurd.Media-ya AMB-dən bildirilib. 

Məlumata görə, vəzifəli şəxs “Banklar haqqında” qanunun 47-ci maddəsinin tələbləri rəhbər tutulmaqla, İnzibati Xətalar Məcəlləsinin 439.2-ci maddəsinə əsasən 1 600 manat cərimə edilib.

Xatırladaq ki, bu “Yelo Bank” tərəfindən son bir il ərzində ikinci analoji pozuntudur. Bank ötən ilin oktyabrında da hesabatların təqdim edilməsi qaydasını pozduğu üçün Mərkəzi Bank tərəfindən 1500 manat cərimələnmişdi.

Qeyd edək ki, "Yelo Bank" 1994-cü ildən fəaliyyət göstərən "Nikoil Bank" ASC-nin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 378 milyon manatdır. Bankın səhmlərinin 98,94 %-i Marina Kulişovaya, 0,96 %-i Anar Həsənova (Bankın İdarə Heyətinin sədri), 0,1 %-i isə "İSR Holdinq" MMC-yə məxsusdur. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları